"Booo League" ümumilikdə bir layihə yox, milli oyun platformasıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün liqalar və çempionatlar təşkil edilən milli oyun platformasıdır.
Bu gün bir çoxumuz müxtəlif oyunlarda, yarışlarda özümüzü sınayırıq. Bunun sistemli halda
təmin edilməsi üçün yaradılmış "BoooLiqa" nın əsas istiqaməti özündə müxtəlif formatlı
oyunların liqalar və çempionatlar halında təşkil edilməsini təmin etməkdir. Bu istiqamət hazırda
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Biz iştirakçılar asudə vaxtlarının səmərəli keçirmələrini və onların fərdi inkişaflarının əylənərək
təmin edilməsini özümüzə əsas məqsəd olaraq seçmişik.
Digər istiqamətimiz müxtəlif koorporotivlərlə əməkdaşlıq etmək, onların istədiklərinə uyğun
olaraq komandanın analizinin və koorporativ daxilində kadr inkişafının təmin edilməsidir.
Növbəti istiqamət isə bu sahədə ixtisaslaşmış kadrların yetişdirilməsini və istər platformanın
daxili bazası, istərsə də kadr yetişdirilməsi və sonrakı mərhələdə o kadrların müxtəlif
istiqamətlərə yönləndirilməsini təmin edir.
BoooLiqa sizə nə qazandırır?
Unutmayın ki, həyat belə bir oyundur və biz bu oyunda sizə düşündüyünüzdən daha yaxınıq!
r/>
Bu sual hər birinizə maraqlıdır deyə düşünürük. Bildiyiniz kimi, oyunlar insanın inkişafı üçün
daha qədim zamanlardan mövcuddur. Hətta araşdırmalar sübut edir ki, oyunların inkişafı və ona
maraq cəmiyyətin və birbaşa olaraq sivilizasiyaların inkişafına gətirib çıxarmışdır. Bu gün
mövcud olan bir çox oyunlar öncələr mövcud olmuş oyunların bir davamıdır. "BoooLiqa"nın ən
başlıca məqsədi odur ki, sizlərin fərdi və ya komanda olaraq inkişafınızı sistemli olaraq və bir
mərkəzdən həyata keçirsin.
Bəs gələcəkdə bizi nə gözləyir?
"BoooLiga" ümumilikdə bir layihə yox, milli oyun platformasıdır. Platformanın yaradılış məqsədi
ölkə daxilində müxtəlif formatlı yarışların təşkili, həmçinin müxtəlif istiqamətlərdə komanda
quruculuğunu inkişaf etdirən milli oyunların formalaşdırılması və ya mövcud olanlarını özündə
birləşdirməkdir. Həmçinin "BoooLiga" bu istiqamətlər üzrə kadr yetişdirilməsini də təmin edən
platformadır.