Yerli tədbir və teambuilding sektorunun aparıcı şirkətlərindən biri olan booo.az beynəlxalq bazara doğru mühüm addım ataraq Gürcüstanda ilk qlobal layihəsini uğurla həyata keçirib.

15 nəfərlik rəhbər heyət üçün təşkil olunan layihə çərçivəsində iştirakçılar üçün xüsusi hazırlanmış Milli Kvest oyunu keçirilib. Azərbaycan mədəniyyəti və komanda əməkdaşlığını bir araya gətirən interaktiv format iştirakçılara həm komanda ruhunu gücləndirən, həm də fərqli və yaddaqalan təcrübə yaşadan bir gün təqdim edib.

Qlobal brendlərlə davamlı əməkdaşlıq

Gürcüstandakı bu layihə booo.az-ın beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsinin yeni mərhələsidir. Şirkət uzun müddətdir ki, Bakıda fəaliyyət göstərən bir sıra nüfuzlu qlobal brendlərin korporativ tədbirlərini, işgüzar görüşlərini və genişmiqyaslı teambuilding layihələrini təşkil edir.

Bu təcrübə booo.az komandasının fərqli şirkətlərin ehtiyaclarına uyğun yaradıcı konseptlər hazırlamaq və yüksək xidmət standartları ilə layihələr həyata keçirmək bacarığını daha da gücləndirib.

Sərhədləri aşan korporativ təcrübə

booo.az yarandığı gündən etibarən standart tədbir anlayışından kənara çıxaraq hər layihəyə fərdi və yaradıcı yanaşması ilə seçilir. Gürcüstanda həyata keçirilən bu layihə isə Azərbaycanın tədbir sektorunda formalaşan yaradıcı və peşəkar potensialın beynəlxalq bazarda da təqdim olunması baxımından mühüm addımdır.

Şirkət növbəti mərhələdə beynəlxalq layihələrin sayını artırmağı, yeni bazarlara çıxmağı və booo.az təcrübəsini daha geniş coğrafiyada təqdim etməyi hədəfləyir.

booo.az haqqında:
booo.az korporativ tədbirlər, teambuilding proqramları, kvest oyunları və unikal əyləncə konseptlərinin təşkili üzrə ixtisaslaşmış tədbir agentliyidir. Şirkət yerli və qlobal şirkətlər üçün yaradıcı həllər, fərdi konseptlər və peşəkar tədbir xidmətləri təqdim edir.

Tədbirdən görüntülərə buradan baxa bilərsiniz:

YouTube: https://www.youtube.com/playlist?list=PLPwCpO7xe2T0