Booo Haqqında

Salam! Biz booo.az – enerjiliyik, yaradıcıyıq və komanda ruhuna inanırıq!

Artıq 6 ildən çoxdur ki, fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərlə birlikdə çalışır, onların komanda ruhunu canlandırmağa kömək edirik.

Bu illər ərzində 100-dən çox yerli və beynəlxalq şirkətlə əməkdaşlıq qurmuş, 500-dən çox tədbir təşkil etmişik. Hədəfimiz isə dəyişmir: çevik, yaradıcı və effektiv həllərlə hər bir komandanı bir addım da irəli aparmaq.

Bizə müraciət edin
6 il+ Təcrübə
6 il+Təcrübə
600+Layihələrin sayı
15Komanda üzvü
150+Partnyorlar

Bizim Missiyamız

Hər bir müştərimizə səmimi yanaşmaq, ehtiyaclarını düzgün anlamaq və uzunmüddətli əməkdaşlıq qurmaq. İşimizi sevərək görürük və bunu siz də hiss edirsiniz!

Gələcəyə Baxışımız

Biz daim yenilik axtarır, göstərdiyimiz xidmətlərdə keyfiyyəti və fərqliliyi ön planda tuturuq. İnanırıq ki, hər bir tədbir və layihə – yeni fürsətdir!

Biz kimik

Dəyərlərimiz

Əgər siz də komandanız üçün fərqli və unudulmaz təcrübələr yaratmaq istəyirsinizsə – biz burdayıq. Gəlin tanış olaq!

Məsuliyyət

Söz verdiyimizi yerinə yetiririk.

Müştəriyönümlülük

Sizi dinləyir, sizə uyğun həllər təklif edirik.

Komanda işi və əməkdaşlıq

Biz birlikdə güclüyük.

Həll yönümlülük

Problemlərə yox, həllərə fokuslanırıq.

Keyfiyyət

Hər detal bizim üçün önəmlidir.

Booo komandası

Komandamızla tanış olun

Hər tədbirin arxasında enerjili, yaradıcı və təcrübəli insanlar dayanır.

Qulamhüseyn Məmmədov

Qulamhüseyn Məmmədov

Həmtəhsisçi

Rəşad Nəbiyev

Rəşad Nəbiyev

Həmtəhsisçi

Nurlan Abbasov

Nurlan Abbasov

Satış Meneceri

Aytən Hüseyinli

Aytən Hüseyinli

SMM Meneceri

Hamısına bax

Suallarınız var?

Tez-tez verilən suallar

Formu doldurun, menecerimiz qısa zamanda sizinlə əlaqə saxlasın.

Bizə müraciət edin
01Booo.az-la necə əməkdaşlıq edə bilərəm?

Əgər sizdə tədbir məkanı, xidmət və ya dekorasiya şirkəti varsa, “Partnyor ol” bölməsinə daxil olaraq müraciət formasını doldura bilərsiniz. Komandamız sizinlə əlaqə saxlayaraq əməkdaşlıq şərtlərini müzakirə edəcək.

02Event sifarişini necə edə bilərəm?

Saytımızda uyğun kateqoriyanı seçərək (məsələn: Teambuilding, Dekorasiya, Korporativ tədbir) istədiyiniz tədbir haqqında formu doldurun. Komandamız sifarişinizi təsdiqləmək və təklif hazırlamaq üçün sizinlə əlaqə saxlayacaq.

03Tədbirlər hansı növ məkanlarda keçirilir?

Tədbirlər həm açıq hava, həm də qapalı məkanlarda təşkil oluna bilər. Seçim, tədbirin konseptindən, mövsümdən və iştirakçı sayından asılıdır. Booo.az komandası sizin üçün ən uyğun məkanı təklif edir.

04Qiymətlər necə müəyyən olunur?

Qiymət tədbirin növü, iştirakçı sayı, məkan seçimi, dekorasiya və əlavə xidmətlərdən asılı olaraq fərqlənir. “Qiymət öyrən” bölməsindən müraciət etdikdə sizə fərdi təklif təqdim olunur.

05Dekorasiya xidmətinə nələr daxildir?

Dekorasiya xidməti konseptin hazırlanması, məkanın bəzədilməsi, işıqlandırma və xüsusi tematik aksesuarların quraşdırılmasını əhatə edir.
Məsələn: Novruz, Yeni il və Korporativ dekor variantları mövcuddur.

06Tədbirin idarə olunmasını kim həyata keçirir?

Bütün proses — planlaşdırmadan icraya qədər — Booo.az-ın təcrübəli event menecerləri tərəfindən idarə olunur. Siz yalnız iştirak edib tədbirdən zövq alırsınız.

07Tədbiri öz məkanımızda keçirmək mümkündürmü?

Bəli. Əgər sizdə tədbir üçün uyğun məkan varsa, bizim komanda dekorasiya, texniki avadanlıq və təşkilati hissəni tam şəkildə təmin edə bilər.

08Tədbirlər yalnız şirkətlər üçün nəzərdə tutulub?

Əsasən korporativ tədbirlər təşkil edirik, amma istəyə görə fərdi, ailəvi və ya xüsusi günlər üçün tədbirlər də mümkündür.

Bizə müraciət edin

WhatsApp ilə yazın